37 C
Baku
Monday, July 14, 2025

“OpenAI” Coni Ayvın “Io” startapını $6.5 milyarda alıb

“OpenAI” şirkəti “Apple”in keçmiş dizayneri Coni Ayvın “Io” startapını 6.5 milyard dollara alışını tamamlayıb. “Bloomberg”in yazdığı kimi, bu, “ChatGPT” tərtibatçısının aparat təminatı bazarında mövqeyini gücləndirəcək.

May ayında elan edilən sövdələşmə tənzimləyicilərin təsdiqini gözləyirdi. İyun ayında “Io” ticarət nişanı ilə bağlı mübahisəsinə görə buna aid marketinq materialları və videoları “OpenAI” veb-saytından silib. Xatırladaq ki, daha əvvəl süni intellektlə işləyən qulaqlıqlar hazırlayan “Iyo” startapı ticarət nişanı hüquqlarının pozulması ilə bağlı “Io”ya qarşı məhkəmə iddiası qaldırıb. Ayvın sözçüsü şikayəti “tamamilə əsassız” adlandırıb.

“IyO”nun təsisçisi Ceyson Ruqolo vəziyyəti “böyük şirkətlərin kiçik şirkətləri “basdırmağa” çalışdığı zaman korporativ aqressiya” adlandırıb. İndi “OpenAI” saytında startap “Io Products Inc” olaraq adlandırılır. Orada deyilir ki, startap komandası rəsmi olaraq “OpenAI” ilə birləşib.

Şirkət 21 may 2025-ci ildə “Io”nu alacağını açıqlayıb. Birlikdə onlar “fundamental olaraq yeni” bir cihaz buraxmağı planlaşdırırlar, lakin detalları ictimaiyyətə açıqlamayıblar.

Son xəbərlər
Digər xəbərlər