27 C
Baku
Friday, July 25, 2025

Azərbaycanda 6 ayda 52 min ədədə yaxın avtomobil gətirilib

2025-ci ilin yanvar-iyun ayında Azərbaycan 960 milyon 709 min dollar dəyərində 51 727 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 23.3%, miqdar ifadəsilə 22.2% artıb.

O cümlədən, 2024-cü ilin yanvar-iyun ayında isə Azərbaycana 779 milyon 364 min dollar dəyərində 42 335 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin 6 ayında Azərbaycana minik avtomobillərinin idxalı 47 199 ədəd ikən, əvvəlki ildə 38 008 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 24.2% artıb.

Son xəbərlər
Digər xəbərlər