33 C
Baku
Saturday, July 19, 2025

PashaPay və “ASAN xidmət” media nümayəndələri üçün süni zəka təlimi keçirib

®Azərbaycanın aparıcı fintex şirkətlərindən biri, m10 tətbiqinin yaradıcısı və Bir ekosisteminin üzvü – PashaPay Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi ilə birgə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistlər üçün “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda təlim təşkil edib.

Quba regional “ASAN xidmət” mərkəzində keçirilən təlimdə ölkənin aparıcı media qurumlarını təmsil edən 60-a yaxın jurnalist iştirak edib. Təlim zamanı iştirakçılara süni zəkanın faktların yoxlanılması, media analitikası, sosial media trendlərinin izlənməsi və vizual kontentin yaradılmasında praktik tətbiqləri təqdim olunub.

Təlimin mövzusu və məqsədi PashaPay-in Rəqəmsal Transformasiya Yol Xəritəsi çərçivəsində süni intellektin yalnız texnoloji və maliyyə sahələrində deyil, eyni zamanda ictimai bilik və savadlılığın artırılmasına yönəlik fəaliyyətləri ilə paralellik təşkil edir.

Bu kimi təşəbbüslər, media nümayəndələrinin sürətlə inkişaf edən texnologiyalara uyğunlaşmasını və süni zəka alətlərindən məsuliyyətli və effektiv şəkildə faydalanmasını təşviq edir.

 

PashaPay haqqında
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
www.pashapay.az

bf81c8c3 d340 4441 9afb 57c81b94c7ba 1

ee846620 f236 447d b00a 836e65dd143b 1

0a740241 50ed 4eca a34a 34a0c942041c

27190fbf 6c76 4549 94f0 e70500e93af8

620eff62 f912 46f2 82ca bb200829d8b2

 

Son xəbərlər
Digər xəbərlər