Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda şirkətin 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib, əvvəlki iclasda baxılan məsələlərlə bağlı məlumat təqdim olunub.
Bu barədə SOCAR-ın məlumatında bildirilir.
Toplantıda SOCAR-ın 2025-ci il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib.
Həmçinin şirkətin 2025-ci ilin ilk 6 ayı üzrə fəaliyyət nəticələri və icrası planlaşdırılan layihələr barədə məlumat verilib.