20 C
Baku
Sunday, October 26, 2025

Tramp Ukrayna münaqişəsinin həlli üçün 50 günlük müddəti qısaltmaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün əvvəllər təyin etdiyi 50 günlük müddəti qısaltmaq niyyətində olduğunu bildirib.

“Prezident Putindən narazıyam. Ondan çox məyus oldum. Putinə verdiyim 50 günlük müddəti qısaldacağam”, – ABŞ prezidenti söyləyib.

İyulun 14-də ABŞ prezidenti Rusiyaya ultimatum qoyub. Belə ki, Tramp Putinə Ukrayna ilə atəşkəsə razılaşmaq üçün 50 gün vaxt verib. Bu baş verməsə, ABŞ liderinin sözlərinə görə, Rusiyanın idxalına 100 faizlik rüsum tətbiq ediləcək. Cənab Tramp həmçinin NATO müttəfiqləri hesabına Kiyevə silah tədarükünü bərpa edəcəyinə söz verib.

Son xəbərlər
Digər xəbərlər