“WhatsApp” messenceri birbaşa status interfeysində fotokollaj düzəltməyə imkan verən yeni funksiyanı işə salıb.
Yeniliyin mahiyyəti ondan ibarətdir ki, artıq altıya qədər fotoşəkili bir kolajda birləşdirmək mümkündür. Şəkillər istənilən qaydada düzülə və birbaşa tətbiqdə redaktə edilə bilər.
Kollaj yaratmaq üçün “Status” bölməsinə keçərək açılmış pəncərənin yuxarı hissəsində “Layout” düyməsinə klikləmək və paylaşmaq istədiyiniz fotoları seçmək lazımdır. Fotoları seçdikdən sonra “Next” düyməsinə klikləyirsiniz və ekranın aşağısında yer alan 6 kollaj formatından birini seçirsiniz. “Done” düyməsinə klikləyərək statusu paylaşırsınız.
Hal-hazırda yenilik bütün istifadəçilər üçün əlçatandır. Ondan yararlanmaq üçün “WhatsApp” tətbiqini yeniləməyiniz kifayətdir.