20 C
Baku
Thursday, October 9, 2025

“KredAqro BOKT” 6 ayda gəlirlərini və mənfəətini açıqladı

“KredAqro BOKT” MMC 2025-ci ilin ilk 6 ayını 206 841 manat xalis mənfəət ilə başa vurub. Təşkilat ötən ilin eyni aylarını isə 34 179 manat xalis mənfəət ilə bağlamışdı.

Banker.az təşkilatın yarımillik hesabatına istindən xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində “KredAqro BOKT” ın cəmi maliyyə gəlirləri 1 milyon 700 min manat, o cümlədən faiz gəlirləri 1 milyon 238 min manat təşkil edib.

30 iyun 2025-ci il tarixində “KredAqro BOKT” 9 milyon 818 min manat cəmi aktivlərə malik olub. Bunun 8 milyon 152 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, illik müqayisədə BOKT-un kredit portfeli 11.3% böyüyüb.

 

Son xəbərlər
Digər xəbərlər