“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs “T.T.Ş.-İnşaat” MMC ilə 41.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisi nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 41 495 129 manat təşkil edir.