21 C
Baku
Saturday, October 11, 2025

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 5 mlrd. dollara çatıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 31 iyul 2025-ci il tarixinə 5 milyard dollar təşkil edib.

Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb. Bildirilir ki, cari ilin yanvar-iyul aylarında ölkənin valyuta ehtiyatları 571,2 milyon dollar, təkcə iyulda isə 331,3 milyon dollar artıb. Analitiklərin fikrincə, beynəlxalq valyuta ehtiyatlarının həcminin dəyişməsi hökumətin və Gürcüstan Milli Bankının valyuta bazarındakı əməliyyatları ilə bağlıdır.

Qeyd olunur ki, Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları ilk dəfə 2023-cü il avqustun 31-də tarixi maksimuma çatıb və 5 milyard 436,8 milyon dollar olub. 2024-cü ildə beynəlxalq ehtiyatlar 562,1 milyon dollar azalıb.

Xarici valyutaya çevrilmiş beynəlxalq ehtiyatlar Milli Bankın ehtiyatlarının əsas hissəsi olmaqla, 3,8 milyard dollar təşkil edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər