10 C
Baku
Thursday, December 12, 2024

Aviasiya tarixində ən nəhəng “havalı” qarət

Dubayın Emirates aviaşirkətinin Dubaydan Honkonqa uçan reysi zamanı təyyarədə əl yükündən 260 min dollar dəyərində pul və dəyərli əşyalar oğurlanmışdır.

Uçuş zamanı türk biznesmenin 200 min dolları və Rolex və Patek Philippe markalı qiymətli saatları oğurlanır. South China Morning Post-un verdiyi məlumata görə, oğru biznesmenin qiymətli əşyalarını elə onun oturduğu yerin yuxarı hissəsində yerləşdirdiyi əl yükündən oğurlamışdır. Polis artıq hadisə ilə bağlı araşdırma aparır.

Son illər uçuş zamanı oğurluq hallarının sayı artmışdır. Belə ki, qarətçilər həm ekonom, həm də biznes sinifində uçurlar.

2015-ci ilin 10 ayı ərzində Honkonqa uçan aviareyslərdə 67 qarət halı qeydə alınmışdır və bu qarət hallarından dəyən ümumi zərər 622,5 min dollar dəyərində qiymətləndirilir. 2014-cü ildə isə 48 belə hal baş vermişdi və bu zaman 336 min dollar zərər qeydə alınmışdı.

 

Son xəbərlər
Digər xəbərlər