Forbes nəşrinin verdiyi məlumata görə, Facebook şirkəti ona məxsus olan Instagram fotoservisində xəta aşkar etməsi səbəbindən 10 yaşlı Helsinki sakini olan Yani-yə 10 000 dollar ödədi.
Yani Finlandiyanın Iltalehti nəşrinə bildirmişdir ki, Instagramda aşkar etdiyi funksiya sayəsində istənilən Instagram istifadəçisinin mətn yazısını silə bilər. O qeyd etmişdir ki, o istənilən şəxsin yazısını silə bilər, hətta müğən Justin Bieber-in belə.
Şirkətin yol verdiyi xəta 2016-cı ilin fevral ayının sonunda düzəldilir, Yani isə Facebook-dan öz mükafatını mart ayında əldə edir. O əldə etdiyi bu məbləği yeni velosipedə, futbol oyunu üçün yeni ləvazimatlara və qardaşları üçün yeni kompüter oyunlarına xərcləməyi planlaşdırır.