13 C
Baku
Wednesday, November 5, 2025

BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclası təxirə salınıb

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı fövqəladə iclası avqustun 10-u səhərə qədər təxirə salınıb.

Bu barədə jurnalistlərə avqustda Təhlükəsizlik Şurasına sədrlik edən Panama Daimi Nümayəndəliyindən məlumat verilib.

“Növbəti məsləhətləşmələrdən və diqqətlə nəzərdən keçirildikdən sonra Sədrlik Şuranın Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı fövqəladə brifinqini avqustun 10-u, bazar günü səhər saat 10:00-a (Bakı vaxtı ilə 18:00) təxirə salmaq qərarına gəlib”, – Daimi Nümayəndəliyin bəyanatında deyilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər