ABŞ ölkəyə idxal edilən qızıla rüsum tətbiq etməyəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində məlumat verib.
O, başqa təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, avqustun 8-də “Financial Times” ABŞ-a ixrac edilən 1 kq qızıl külçələrin yeni rüsum tətbiq edilən mallar kateqoriyasına daxil edildiyini yazıb.