“Fitch”in açıqlamaları yalnız proqnozlardır. Bu gün yeni yaradılanMaliyyə Bazarlarına Nəzarət Palatası məsələ ilə bağlı dəqiqləşdirmələr aparır”. Məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmovjurnalistlərə açıqlamasında deyib.
O, “Fitch” reytinq agentliyinin Azərbaycanda problemli kreditlərin 20% həcmində olması ilə bağlı hesabatına münasibət bildirib.
O, hazırda müəyyən borclanma problemi olduğunu etiraf edib. “Bu hal həm biznesdə, həm də əhali arasında hiss edilir. Bununla bağlı olaraq maliyyə portfelinin pisləşməsi hər ay baş verir. Bunu açıq demək lazımdır. Müvafiq olaraq aparılan stres testler bizə ən pis ssenarini də göstərir. Belə olan şəraitdə banklar və maliyyə sistemində sabitliyi qoruyub saxlaya bilərik”.
Azərbaycanda problemli kreditlərin həcmi artacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Fitch Beynəlxalq Reytinq Agentliyi açıqlama verib. Agentlik devalvasiya dövründə Azərbaycanın bank sektorunun qiymətləndirilməsini həyata keçirib.
Agentliyin ötən ay çıxardığı son nəticəyə görə, problemli kreditlərin həcmi getdikcə artacaq. “Fitch”in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5%-ə qədər yüksəlib. 2014-cü ilin sonunda bu göstərici 8,3% olub.
Bu ilin fevral ayının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlər 1 milyard 329,5 milyon manat təşkil edib. Bu, yanvar ayının yekunları ilə müqayisədə 14,9 milyon manat və yaxud 1,1% çoxdur. Ay ərzində problemli kreditlərin ümumi kredit portfelində payı isə 6,2%-dən 6,5%-ə yüksəlib.