“Azərbaycan Mikro-Kredit BOKT” ASC-nin Müşahidə Şurasının tərktibi dəyişdirilib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, Bağırov Elşad Ramazan oğlu Müşahidə Şurasına sədr, indiyə qədər sədr olan Əliyev Ələkbər Nazim oğlu isə üzv seçilib.
Müşahidə Şurasının digər üzvü Quliyev Vidadi Cavad oğlu isə vəzifəsindən gedib.
Xatırladaq ki, 2014-cü ildə dövlət qeydiyyatına alınmış “Azərbaycan Mikro-Kredit BOKT” 1.722 min manat nizamnamə kapitalına malikdir.