26 C
Baku
Thursday, August 21, 2025

Hərracda “ALPA”nın səhmlərinə cəmi 1 investor müştəri çıxdı

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “ALPA” ASC-nin səhmlərin 20 avqust 2025-ci il tarixində yerləşdirilməsi yekunlaşıb.

Banker.az xəbər verir ki, cəmi bir investor müştəri çıxıb.

Şirkətin nizamnamə kapitalı 5 000 manatdır və səhmlərin 100 faizi İsmayılova Sima Şirin qızına məxsus idi. O, Azərbaycan Tibb Universitetində pediatr ixtisası üzə ali təhsil alıb. Sima İsmayılova yeni səhmlərin alışında iştirak etməzsə onun şirkətdə payı 2.44%-ə düşəcək.

Yeni səhmlərdən sonra şirkətin nizamnamə kapitalı 205 min manata qaldırlacaq.

Şirkətin müştəri bazasına SOCAR-a bağlı şirkətlər, xüsusi tikinti podratçıları, elektrik enerjisi istehsalı və paylanması sahəsində fəaliyyət göstərən qurumlar, eləcə də sənaye istehsalçıları daxildir. Bu sektorlardakı daimi infrastruktur ehtiyacları, dövlət investisiyaları və özəl sektorun inkişafı şirkətin məhsullarına olan tələbatı davamlı edir.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “ALPA” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1001026678
Səhmin növü və forması Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu / forması Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı 80 ədəd
İlkin ticarət qiyməti 2,500 AZN
Buraxılış həcmi 200,000 AZN
Hərrac qiyməti 2,500 AZN
Reallaşdırılmış həcm 200,000 AZN
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 200,000 AZN
İnvestor sayı 1
Sifariş sayı 1
Ticarətə buraxılma tarixi 20.08.2025
Anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC
Son xəbərlər
Digər xəbərlər