Amerikalı sahibkar İlon Mask yeni “Grok 3” neyron şəbəkə modelinin çıxmasını elan edib.
Bu barədə sahibkar “X” sosial şəbəkəsində yazıb.
İş adamı “Grok 2.5” modelinin indi açıq proqram təminatı kateqoriyasına keçdiyini də açıqladı.
“Onun varisi isə “Grok 3″, təxminən altı aydan sonra onun ardınca gedəcək”, – deyə İ.Mask əlavə edib.
Qeyd edək ki, “Grok” süni intellekti inkişaf etdirmək üçün Mask tərəfindən 2023-cü ilin mart ayında qurulan xAI tərəfindən yaradılan süni intellekt (AI) ilə işləyən köməkçi və çat-botdur.








