3 C
Baku
Saturday, December 14, 2024

İdarə Heyətinin sədri: “Günay Sığorta” “Buta Sığorta”nın aktivlərini alıb”

“Buta Sığorta” ASC-nin aktiv portfeli “Günay Sığorta” ASC-nin nəzarətinə keçir.

Bu barədə APA-ya “Buta Sığorta”nın İdarə Heyəti sədri Qənbər Suvanverdiyev bildirib.

“Günay Sığorta” bizim portfeli alıb. “Buta Sığorta” isə qanunvericiliyə uyğun olaraq ləğv ediləcək. Bundan sonra “Günay Sığorta” yeni inkişaf mərhələsinə daxil olacaq. Bununla əlaqədar “Günay Sığorta” işini yenidən qurur. Eyni zamanda kollektiv yenilənir. Bildiyiniz kimi, 90-cı illərdə “Günay Sığorta” aktiv sığorta şirkətlərindən biri olub. Şirkət yenə də bazarda öz fəaliyyətini aktivləşdirmək niyyəti ilə bizim portfeli alır və “Buta Sığorta”nın kollektivi də eyni qaydada “Günay Sığorta” şirkətinə keçəcək və fəaliyyətlərini davam etdirəcək”.c6cbf33f8795830ac7c7a8a93f4b861c

Q. Suvanverdiyev qeyd edib ki, “Günay Sığorta”nın İdarə Heyəti yenidən formalaşacaq. Onun sözlərinə görə, yeni formalaşacaq İdarə Heyətində əsasən “Buta Sığorta”nın kadrları təmsil olunacaq.

Son xəbərlər
Digər xəbərlər