10 C
Baku
Wednesday, December 11, 2024

AIIB-in ilk illik toplantısının vaxtı açıqlanıb

Bu ilin iyunun 25-26-da Çinin paytaxtı Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankının (Asian Infrastructure Investment Bank, AIIB) ilk illik toplantısı keçiriləcək.

Banker.az APA-a istinadən xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, iclasda bankın təsisçisi olan 57 ölkənin nümayəndələri və beynəlxalq maliyyə institutlarının müşahidəçiləri iştirak edəcək.

AIIB-in yaradılması haqqında razılaşma 2015-ci ilin iyunun 29-da imzalanıb. Bankın nizamnamə kapitalı 100 mlrd. dollar, əsas səhmdarları isə Çin, Rusiya və Hindistandır. Qeyd edək ki, Azərbaycan da bankın təsisçilərindən biridir.

Son xəbərlər
Digər xəbərlər