6 C
Baku
Sunday, December 15, 2024

SOCAR “Ödənişli yay təcrübəsi” proqramı üzrə sənəd qəbuluna başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il üzrə “Ödənişli yay təcrübəsi” proqramına sənəd qəbulu elan edib.

Proqrama müraciət etmək istəyənlər mayın 30-dək www.socar.az/tehsilveb-səhifəsindən “Ödənişli yay təcrübəsi” proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, neft ixtisasları üzrə təhsil alan tələbələrin yay tətillərinin səmərəli təşkilini, onların neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılmasını, habelə SOCAR-ın müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmalarını diqqət mərkəzində saxlayır və bu məqsədlə 2010-cu ildən etibarən hər il Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz mühəndisliyi, qazma, geofizika, geologiya, istehsalatın avtomatlaşdırılması, kompüter, inşaat, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, proqramçı və digər ixtisaslar üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr üçün “Ödənişli yay təcrübəsi” proqramını həyata keçirir. Proqramda bakalavr pilləsinin əyani şöbəsinin III və IV, magistraturanın I və II kurslarında təhsil alan tələbələrin iştirak etməsi üçün imkanlar yaradılır.

Proqramın şərtlərinə əsasən, avqust və sentyabr aylarını əhatə edən təcrübə müddətində tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlanılır və onlar minimal dərəcə ilə mütəxəssis vəzifəsinə işə qəbul olunurlar. Təcrübəçilərə işlədikləri müddətə və vəzifələrinə uyğun əmək haqqı ödənilir.

Report

Son xəbərlər
Digər xəbərlər