25 C
Baku
Friday, September 5, 2025

SOCAR-ın törəməsi Azərbaycanda filial açıb

Azərbaycanda Dövlət Neft Şirktətinə (SOCAR) yaxın yeni hüquqi şəxs qeydiyyatdan keçib.

Banker.az xəbər verir ki, bu “SOCAR Umid Oil and Gas Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialıdır.

Filial Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev.121 ünvanında qeydiyyata alınıb.

Filialın direktoru Fərhad Əhədov Müzəffər oğludur.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2 may 2017-ci il tarixli 656-VQ nömrəli Qanunu ilə “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” SOCAR ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişi və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babek Exploration and Production” şirkəti arasında Müqavilə təsdiq edilərək, onların həyata keçirilməsinə icazə verilmişdir. Bununla da “SOCAR ÜMİD” MMC-nin fəaliyyətinə xitam verilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər