Azərbaycanda hava limanlarda çalışan işçilərin orta aylıq əməkhaqları ötən illə müqayisədə 25 faiz artıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 iyul 2025-ci il tarixinə orta aylıq əməkhaqqı son bir ildə 2 030.5 manatdan 2 539.1 manata yüksəlib.
Hava nəqliyyəatında ümumilikdə 13 706 nəfər işçi çalışır. Bu da 2024-cü ilin eyni dövründəki 13 477 nəfər göstəricini 1.7 faiz üstələyir.