Fuad Sadıqov Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarlarına nəzarət departamentinin direktoru təyin edilib. Bunu Trendə Azərbaycanın sığorta bazarındakı mənbə deyib.
Mənbənin sözlərinə görə, F.Sadıqovun sərəcəncamında 3 struktur olacaq – həyat sığortası, qeyri-həyat sığortası növləri və sığorta vasitəçiləri ilə iş üzrə struktur.
Mənbə qeyd edib ki, bu üç strukturunn ikisinə artıq rəhbərlər təyin edilib: “Sığorta vasitəçilərilə işə görə cavabdeh olan və qeyri-həyat sığortası növləri ilə məşğul olan strukturlara rəhbər təyin edilib”.