28 C
Baku
Friday, September 5, 2025

Anuthin Çanvirakun Tailandın yeni Baş naziri oldu

“Phumçaythai” partiyasının lideri Anuthin Çanvirakun ölkənin yeni Baş naziri seçilib. Bu barədə dövlət agentliyi “Thai PBS” məlumat yayıb.

Onun namizədliyini parlament iclasında iştirak edən 490 deputatdan 331-i dəstəkləyib. Çanvirakunun rəqibi, “Phıa Thai” partiyasının namizədi Çaykasem Nitisiri 152 səs toplayıb. Səsvermə açıq formatda keçirilib: hər bir deputat mövqeyini açıq şəkildə bildirmək üçün dəvət olunub – dəstəkləmək, dəstəkləməmək və ya bitərəf qalmaq.

Yeni hökumət başçısının seçilməsi Konstitusiya Məhkəməsinin əvvəlki Baş nazir Phethonqthan Çinavatı vəzifədən kənarlaşdırması ilə bağlı qərarından sonra baş tutub. Məhkəmə müəyyən edib ki, o, Kambocanın sabiq Baş naziri Hun Senlə danışığın sızmasından sonra Tailand ordusunun hərəkətlərini tənqid edərək etik normaları pozub.

28 iyun tarixində Banqkokda onun istefası tələbi ilə etiraz aksiyaları keçirilib. 1 iyulda isə CNN xəbər verib ki, 36 senator onun vəzifədən getməsi üçün müraciət imzalayıb.

Son xəbərlər
Digər xəbərlər