22 C
Baku
Tuesday, September 9, 2025

ING: Azərbaycan Mərkəzi Bankı növbəti iclasında uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycan Mərkəzi Bankının sentyabrın 10-da keçiriləcək növbəti iclasında yenidən maliyyələşdirmə dərəcəsini 7 % səviyyəsində saxlayacağını proqnozlaşdırır.

Banker.az ING-yə istinadən xəbər verir ki, son iclasdan (23 iyul – red.) bəri Azərbaycanda istehlak qiymətləri indeksinin artımı illik ifadədə 4,9 %-ə qədər azalıb ki, bu da ilin sonuna 4±2 % hədəf diapazonuna uyğundur.

“Bundan əlavə, 2025-ci ilin 7 ayı ərzində illik ifadədə 0,9 % səviyyəsində zəif ÜDM artımını, o cümlədən iyulda 2,3 % azalmanı, həmçinin istehsalçı qiymətlərinin artım tempinin yavaşlamasını nəzərə alaraq, faiz dərəcəsinin daha da azaldılması imkanının müzakirəsini istisna etmirik. Lakin ticarət profisitinin azalması və bank kreditləşməsinin maliyyələşdirməyə nisbətən daha sürətli artımının davam etməsi yüksək real faiz dərəcələrinin saxlanılmasının zəruriliyini göstərir”, – proqnozda bildirib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən %-ə endirilməsi barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən %-ə endirilib.

 

 

Mənbə: Report

Son xəbərlər
Digər xəbərlər