ADY sərnişin tələbatını təmin etmək məqsədilə 13 sentyabrda Bakı-Ağstafa, 14 sentyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Bu barədə ADY-dən məlumat verilib.
“Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı rəsmi saytımız (www.ady.az), “ADY Mobile” tətbiqi, dəmiryol kassaları, eləcə də 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – məlumatda bildirilib.