25 C
Baku
Wednesday, September 10, 2025

Bu iPhone modelləri iOS 26-nı dəstəkləyəcək — Siyahı

“Apple” şirkəti müxtəlif qurğular üçün əməliyyat sistemlərinin (ƏS) ən son versiyalarının buraxılış tarixini rəsmən elan edib. Məlumat istehsalçının rəsmi saytında dərc olunub.

Bildirilir ki, iOS 26 sentyabrın 15-də əlçatan olacaq. Yeniləmə 2-ci nəsil iPhone SE ilə başlayan bütün yeni iPhone modellərinə, eləcə də iPhone 11, 12, 13, 14, 15, 16 və 17-yə uyğun olacaq.

iOS 26 ilə yanaşı, sentyabrın 15-də iPad-lar üçün iPadOS 26, noutbuklar üçün macOS Tahoe təqdim ediləcək.

watchOS 26 əməliyyat sistemi isə Apple Watch SE 2, Series 6, Watch Ultra və sonrakı versiyalar üçün uyğun olacaq. Qeyd edək ki, sadalanan bütün “Apple” cihazları üçün yeniləmələr dünya üzrə pulsuzdur.

Son xəbərlər
Digər xəbərlər