21 C
Baku
Friday, September 12, 2025

ABŞ Konqresi 2026-cı maliyyə ili üçün $900 milyard həcmində hərbi büdcə qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü ölkənin 1 oktyabrda başlayacaq 2026 maliyyə ili üzrə hərbi xərclərini təxminən 900 milyard dollar məbləğində təsdiqləyib. Büdcəyə Ukraynaya təhlükəsizlik yardımı təşəbbüsü (USAI) çərçivəsində 400 milyon dollarlıq hərbi yardım da daxildir; bu təşəbbüs texnikanın birbaşa ötürülməsini deyil, istehsalçılarla müqavilələr bağlanmasını nəzərdə tutur.

Qanun layihəsini 231 qanunverici dəstəkləyib, 196 nəfər isə əleyhinə səs verib. Sənəddəki müddəa Pentaqondan Ukraynaya daha əvvəl təsdiqlənmiş yardımı ləğv etmək və ya dayandırmaq barədə qərarlardan qanunvericiləri xəbərdar etməyi tələb edir. Senatda baxıldıqdan sonra qanun layihəsi xüsusi komissiyada dəqiqləşdiriləcək və daha sonra ABŞ prezidenti Donald Trampın imzasına təqdim olunacaq.

Son xəbərlər
Digər xəbərlər