22 C
Baku
Saturday, September 13, 2025

Rəsmi statistika: Əhalinin gəliri 6.7%, qiymətlər isə 4.9% artıb

Azərbaycanda 2025-ci ilin ilk səkkiz aynda əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik müqayisədə 6.7 faiz artarkən, ölkədə illik inflyasiya cəmi 4.9 faiz olub.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, əhalinin hər nəfərinə düşən gəlir ilin yanvar-avqust aylarında 4 935.6 manat təşkil edib.

Ümumilikdə 10 milyon 245.5 min nəfərlik əhalisi olan ölkədə nominal gəlirlər 50 milyard 514.1 milyon manat olmaqla illik 7.2 faiz yüksəlib.

DSK-nin məlumatına görə, 2025-ci ilin avqust ayında istehlak qiymətləri indeksi 2024-cü ilin avqust ayına nisbətən 4.9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6 faiz, qeyri-qida məhsulları üzrə 2.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4.9 faiz təşkil edib.

Pərakəndə ticarət dövriyyəsi isə illik 4.3 faiz artımla 40 milyard 423.3 milyon manat olub. Əhalinin banklarda 15 milyard 456.1 milyon manat  əmanəti var.

Son xəbərlər
Digər xəbərlər