Samirə Şirəliyeva “Dəmirbank”ın baş direktoru təyin edilib.
Trendin bankın saytına istinadən verdiyi məlumata görə, bunadək S.Şirəliyev 2013-cü ildən “Dəmirbank”ın Əməliyyat departamentinin rəhbəri vəzifəsini tutub.
Bununla da bankın baş direktorlarının sayı üçə çatıb: Mərdan Şıxəliyev, Oqtay Əliyev və Samirə Şirəliyeva.