Reytinqdə ümumilikdə 47 övladı olan 20 milyarder yer alıb.“Forbes” jurnalı Rusiya milyarderlərinin ən zəngin varislərinin reytinqini dərc ediblər. Reytinq tərtib edilərkən atanın sərvətindən bir övladın payına düşən pay nəzərə alınıb. Bunun üçün milyarderlərin sərvəti uşaqların sayına bölünürdü.
RBK xəbər verir ki, siyahıya Yusif Ələkbərov birinci olub.
O, LUKOIL şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğludur, onun payına 8,9 milyard dollar düşür (jurnal onun atasını sərvətini belə qiymətləndirib).
Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib.
2013-cü ildə “Bolşoy dozor” proqramında (“Vedomosti” qəzeti və “Exo Moskvı” radiostansiyasının birgə layihəsi) Vahid Ələkbərov oğlunun Qərbi Sibirdə işlədiyini bildirib.
“O, fəhlə idi, indisə texnoloqdur. O, bu yolu keçəcək, sonra isə öz taleyini özü seçər”, – milyarder deyib.
Ələkbərov oğlunu özünə əvəz hazırlamadığını deyib.
“Mən artıq səhmlərimin, hətta həyatdan getdiyimdən sonra da bölünməz olaraq qalmasının qayğısına qalmışam. Səhmlər paketimin şirkətin sabitliyini uzun illər təmin edəcək və mənim oğlumun onu parçalamaq və ya satmaq hüququ olmayacaq”, – o deyib.
“Forbes”in dəyərləndirmələrinə görə, Rusiyada 77 dollar milyarderi var, onların ümumilikdə 243 övladı var. Reytinqdə ümumilikdə 47 övladı olan 20 milyarder yer alıb.
Oxu.az