16 C
Baku
Monday, October 27, 2025

“Financial Times”: ABŞ təmiz enerji yarışında Çinə uduzur

ABŞ bərpa olunan enerji mənbələrinə keçid sürətində Çindən xeyli geri qalır, “The Wall Street Journal” yazır.

Qəzet qeyd edir ki, Çin Xalq Respublikası fəal şəkildə “yaşıl” enerjiyə keçir, halbuki ABŞ neft və qaz hasilatına üstünlük verir.

Massachusetts Texnologiya İnstitutu və “Rhodium Group”un məlumatına görə, cari ilin ikinci rübündə ABŞ şirkətləri tarixdə ilk dəfə bərpa olunan enerji mənbələrinin yaradılması sahəsində elan etdiklərindən daha çox layihəni ləğv ediblər. Təmiz enerji sahəsinə yatırımlar əvvəlki rüblə müqayisədə 51% azalıb. Hüquq müdafiə təşkilatı E2 hesablayıb ki, ilin birinci yarısında ABŞ-də ümumilikdə 22 milyard dollar məbləğində elektromobil, akkumulyator, günəş panelləri, külək turbinləri və digər bərpa olunan enerji mənbələrinin istehsalı üzrə layihələr təxirə salınıb və ya ləğv edilib.

Eyni zamanda, Çində ilin əvvəlindən ilk yeddi ay ərzində ümumi gücü 277 giqavat olan külək və günəş elektrik stansiyaları istismara verilib. Bu, ABŞ hakimiyyətinin bütün 2025-ci il üçün planlaşdırdığı enerji güclərinin dörd mislindən çoxdur.

Son xəbərlər
Digər xəbərlər