17 C
Baku
Monday, October 20, 2025

Yaponiya XİN rəhbəri: Tokionun Fələstinin dövlətçiliyini tanıması — zaman məsələsidir

Yaponiyanın xarici işlər naziri Takesi İvaya Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş beynəlxalq konfransda bəyan edib ki, Yaponiyanın Fələstin dövlətçiliyini tanıması sadəcə zaman məsələsidir.

“Mənim ölkəm üçün Fələstini tanımaq “əgər” deyil, “nə vaxt” məsələsidir”, — deyə o bildirib. Nazir xatırladıb ki, Yaponiya həmişə “iki xalq üçün iki dövlət” konsepsiyasını dəstəkləyib.

Yaponiyanın XİN rəhbəri həmçinin İsrailin Qəzza sektorundakı “birtərəfli addımlarını” pisləyib, eyni zamanda HƏMAS hərəkatını da tənqid edərək bütün girovların dərhal azad edilməsini tələb edib.

Son xəbərlər
Digər xəbərlər