22 C
Baku
Wednesday, September 24, 2025

Palata bir audit şirkətinə lisenziya verərkən, digərin ləğv edib

Azərbaycan Respublikası Auditorlar Palatası yeni lisenziya verilməsi və mövcud lisenziyanın ləğvi ilə bağlı qərar qəbul edib.

Banker.az bunu Palataya istinadən xəbər verir.

Belə ki, “ACCOUNT IN” MMC-yə 18 sentyabr 2025-ci ildən 18 sentyabr 2030-cu ilədək qüvvədə olacaq audit fəaliyyətinə lisenziya verilib. Şirkətin direktoru Ələkbərov İsmayıl Sərvər oğludur.

Eyni zamanda, “Vaqifoğlu audit” MMC-nin 11 sentyabr 2023-cü ildən qüvvədə olan lisenziyası ləğv edilib. Şirkətin direktoru Quliyev Elçin Vaqif oğludur.

Son xəbərlər
Digər xəbərlər