17 C
Baku
Friday, October 18, 2024

Mobil tətbiq layihəçisi- AccessBank

Öhdəliklər:

  • IOS, Android üzrə mobil tətbiqlərin (application) hazırlanması
  • Meteor, MongoDB, Bootstrap,  JQuery platformalarından istifadə etməklə veb-tətbiqlərin tam həcmdə işlənib hazırlanması
  • Qrafik interfeyslərin işlənib hazırlanması
  • Web servislərə çağırışın yazılması
  • Qoyulmuş tələblərin icrası üçün funksional və arxitektur həllərinin işlənib hazırlanması

Tələblər:

Əsas tələblər:

  • Ali təhsil
  • Mükəmməl JavaScript, Git, HTML/CSS biliyi
  • Mobil tətbiqləri işləyib hazırlamaq təcrübəsi
  • Ünsiyyətcillik, təfsilatlara diqqət yetirmək bacarığı, istər texniki, istərsə də qeyri-texniki ideyaları həmsöhbətlərə çatdırmaq qabiliyyəti, analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı

İkinci dərəcəli tələblər:

  • meteor.js, node.js, d3.js, jQuery, M.E.A.N., Bootstrap, Angular, React, Ionic, Cordova və s. kimi platformalarda, freymvörklərdə və ya kitabxanalarda iş təcrübəsinə üstünlük verilir.
  • Linux, nginx ilə iş təcrübəsinə üstünlük verilir.
  • Windows üçün mobil tətbiqlərin işlənib hazırlanması
  • Rus və Azərbaycan dilləri biliyi
  • İngilis dili biliyi – sənədlərin oxunması səviyyəsində

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz

Son xəbərlər
Digər xəbərlər