17 C
Baku
Tuesday, October 28, 2025

“Alibaba”nın səhmləri AI-yə investisiya etmək planlarını elan etdikdən sonra 4.1% bahalaşıb

“Alibaba Group Holding Ltd.”nin baş direktoru Eddi Vu süni intellektin (AI) inkişafına sərmayələrin artırılması planını təsdiqləyib. Məqsəd “tam ekosistemli AI” yaratmaq və ABŞ inkişafları ilə rəqabət aparmaqdır, bu barədə çərşənbə günü “Bloomberg” məlumat verib. Xəbərin fonunda qrupun səhmləri Honq-Konq birjasında 4.1% artıb.

Vu bildirib ki, şirkət “tam spektrli süni intellekt təminatçısı” olmağa çalışır. O, sərmayə məbləğini dəqiqləşdirməsə də, artımın davam edəcəyini qeyd edib.

Fevral ayında “Alibaba” növbəti üç il ərzində süni intellekt modelləri və infrastrukturunun inkişafına 380 milyard yuan ($53 milyard) sərmayə qoymaq niyyətində olduğunu açıqlamışdı. Bir il əvvəl şirkətin əsas məqsədi ümumi təyinatlı AI (AGI) yaratmaq idi.

Biznesin süni intellektə yönəldilməsi artıq öz nəticəsini göstərir. Son rübdə “Alibaba” AI ilə bağlı məhsullarının satışında üçrəqəmli artım qeyd edib. “AliCloud” bulud bölməsi isə satışlarda 26% artım göstərərək gözləntiləri üstələyib və qrupun ən sürətlə inkişaf edən bölməsinə çevrilib. Ümumilikdə, ilin əvvəlindən şirkətin səhmləri təxminən ikiqat artıb.

Son xəbərlər
Digər xəbərlər