23 C
Baku
Thursday, September 25, 2025

Azərbaycanda beton istehsalçısının gəlirləri 3.5 dəfə artıb

“Bakı Mexanikləşdirmə və Beton – 1” ASC-nin 2024-cü iləki əməliyyat mənfəəti 64,6 min manat təşkil edib. Bu, 2023-cü ilin 35,7 min manatı ilə müqayisədə 81% artım deməkdir.

Banker.az bunu şirkətin illik hesabatına istinadən xəbər verir. Bununla belə hesabatda xalis mənfəətlə bağlı maddələr qeydə alınmayıb.

Əsas əməliyyat gəlirləri 3,84 milyon manata yüksəlib ki, bu da ötən ilin 1,11 milyon manatından 245% çoxdur. Satışın maya dəyəri isə 936 min manatdan 3,52 milyon manata qalxaraq 276% artıb. Maya dəyərindəki kəskin yüksəlişə baxmayaraq, şirkət ümumi mənfəətini artırmağa nail olub – 178 min manatdan 323 min manata (81%) yüksəlib.

Şirkət əsasən tikinti sektorunda beton məhsullarının istehsalı və müxtəlif mexanikləşdirmə işlərinin həyata keçirilməsi ilə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər