25 C
Baku
Friday, September 26, 2025

Azərbaycanda investor ASC-dəki səhmlərini geri alır

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC 2025-ci il oktyabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağını keçirəcək.

Banker.az xəbər verir ki, bu barədə ASC-nin baş direktoru Rəşad Rasim oğlu Daşdəmirov səhmdarlara göndərdiyi bildirişdə qeyd edilib.

Yığıncaq saat 11:00-da cəmiyyətin Bakı şəhəri, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 ünvanında yerləşən binasında baş tutacaq.

Toplantının gündəliyinə səhmdarlardan birinin cəmiyyətdən çıxması və həmin şəxsə məxsus səhmlərin geri alınması məsələsi daxil edilib.

Bundan öncə, iyunun 25-dəki ümumi yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2024-cü ildəki maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatın təsdiq edilməsi, Direktorlar Şurasının tərkibinin yenidən müəyyən olunması və digər məsələlər daxildir.

Səhmdarlar gündəliyə dair materiallarla həftənin iş günləri saat 15:00-dan 17:00-a qədər cəmiyyətin ofis binasında tanış ola bilərlər.

Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,966 milyon manatdır.

 

Son xəbərlər
Digər xəbərlər