Azərbaycanda avtomobil ehtiyat hissələrinin qiyməti artıb.
Ölkəmizə cari ilin yanvar-avqust aylarında idxal edilən avtomobil və onların hissələrinin dəyəri 1 milyard 738 milyon ABŞ dollarına yaxın olub.
Bu, ötən ilin 8 ayı ilə müqayisədə 17,2 % çoxdur. İdxal olunan ehtiyat hissələrinin dəyərinin artması bazarlara da təsir göstərir. Sürücülər də ehtiyat hissələrinin qiymətində artım olduğunu bildirirlər.
Satıcılar isə qiymət artımının olduğunu təsdiq edir və bazarda durğunluq olduğunu bildirirlər.
Qiymət artımı 2-ci əl, yəni işlənmiş ehtiyat hissələrindən də yan keçmir.
Satıcılar xaricdən alışın baha olmasını və yol xərclərini qiymət artımına əsas səbəb olaraq göstərirlər.