18 C
Baku
Monday, September 29, 2025

Azərbaycan bankları 8 aya 774 milyon manat xalis mənfəət əldə edib

31 avqust 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 774 milyon manat xalis mənfəət əldə edib. Halbuki, ötən ilin eyni dövründə 772.3 milyon manat idi.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər ver ki, yanvar-avqust aylarında bankların əməliyyat mənfəəti 1 milyard 187 milyon manata çatıb.

Həmin dövrdə dövlət büdcəsinə 188 milyon manata yaxın mənfəət vergisi ödənilib.

Bankların ümumi aktivləri 55.7 milyard manat, öhdəlikləri 48.6 milyard manat, balans kapitalı isə 7.1 milyard manat təşkil edib.

Kredit portfeli avqust ayında 0.7% və ya 207 milyon manat artaraq 28.7 milyard manata yüksəlib. Kreditlərin strukturu belə olub: biznes kreditləri – 52.6% (15.1 milyard manat), istehlak kreditləri – 31.7% (9.1 milyard manat), ipoteka kreditləri – 15.7% (4.5 milyard manat).

Depozit portfeli 36.5 milyard manat olub ki, bu da bank öhdəliklərinin 75.1%-ni təşkil edir. Onun 21.4 milyard manatı hüquqi şəxslərin, 15.1 milyard manatı isə fiziki şəxslərin payına düşüb. Fiziki şəxslərin əmanətlərinin 67.3%-i (10.1 milyard manat) milli valyutada, 32.7%-i (4.9 milyard manat) isə xarici valyutada yerləşdirilib. Əmanət portfelinin 63.4%-i (9.6 milyard manat) müddətli əmanətlərdən ibarətdir və avqust ayında bu göstərici 41 milyon manat artıb.

İlin əvvəlindən bank sektorunda çalışanların sayı 1,372 nəfər və ya 5.4% artaraq 26,735 nəfərə çatıb.

1 2 2 4

Son xəbərlər
Digər xəbərlər