“Comex” birjasında dekabr gümüş fyuçerslərinin qiyməti 0.83% artaraq bir troya unsiyası üçün 47.04 dollara çatıb. Qeyd edək ki, bu, 2025-ci il mayın 2-dən bəri maksimum göstəricidir.
Gümüşlə yanaşı, qızıl fyuçersləri də bahalaşır. Bakı vaxtı ilə saat 9:19-a olan məlumata görə, onların qiyməti 0.65% artaraq bir troya unsiyası üçün 3833 dollar təşkil edib.
Ötən həftə gümüşün qiyməti son 14 ilin maksimumuna çatmışdı. Metal ilin əvvəlindən bəri bir dəfədən çox bahalaşıb. Artıma ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ilin dekabrından sonra ilk dəfə faiz dərəcəsini endirməsi, həmçinin tənzimləyicinin siyasətini daha da yumşaldacağı gözləntiləri təsir edib.