Əfqanıstanın bütün ərazisində internet qadağan edilib

Əfqanıstanın bütün ərazisində internetə çıxış kəsilib, bu barədə “NetBlocks” monitorinq xidməti bildirib. 2021-ci ildən ölkədə hakimiyyətdə olan “Taliban” hərəkatı internetin kəsilməsini “əxlaqsızlığın qarşısını almaq”la izah edib.

“NetBlocks”un məlumatına görə, Əfqanıstanda həmçinin mobil rabitənin işində də problemlər müşahidə olunur.

Sentyabrın 17-də “Taliban”ın lideri Haybatullah Axundzadə Əfqanıstanın Balx vilayətində optik interneti qadağan edib. Sonradan qadağa digər bölgələrə də yayılıb. Ölkə hökuməti bununla əxlaqsızlığın yayılmasına qarşı mübarizə apardıqlarını bəyan edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər