ABŞ prezidenti Donald Tramp 30 sentyabrda yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 19:00) Ağ Evin Oval kabinetindən bəyanatla çıxış edəcək. Bu barədə ABŞ prezidentinin iş qrafikindən məlum olub. Çıxışın mövzusu hələ açıqlanmayıb.
Donald Trampın iş günü Virciniya ştatındakı Kvantiko dəniz piyadaları bazasına səfərlə başlayacaq. Orada Pentaqon rəhbəri Pit Heqsett yüzlərlə general və admiral ilə görüş keçirəcək. Bundan sonra prezident Tramp bazada toplaşmış hərbi qulluqçular qarşısında nitq söyləyəcək. Ağ Evə qayıtdıqdan sonra isə planlaşdırılmış bəyanatını verəcək. Yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00) o, bir neçə fərman imzalayacaq.