16 C
Baku
Thursday, October 2, 2025

Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb

Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalanıb.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

“Qazaxıstanda keçirilmiş “New Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri ilə “Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumunu imzaladıq.

Bu sənəd BTQ marşrutunun daha sürətli və dayanıqlı, eyni zamanda, daha rəqabətədavamlı nəqliyyat xətti kimi inkişaf etdirilməsi üçün ortaq addımları müəyyən edir.

Əsas hədəflərimiz BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin formalaşdırılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılmasıdır”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər