®15 ilə yaxındır ki, ölkənin lider investisiya şirkəti kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital, 29–30 sentyabr 2025-ci il tarixlərində baş tutan “INMerge Innovation Summit 2025”-də həm sponsor, həm də spiker qismində iştirakı ilə tədbirin təşkilinə öz töhfəsini verib.
Qlobal miqyasda innovasiya və texnoloji inkişaf sahəsində ən nüfuzlu platformalardan biri hesab edilən “INMerge Innovation Summit 2025”, bu il müxtəlif ölkələrdən biznes liderlərini, investorları, startap ekosistemi nümayəndələrini və dövlət qurumlarını bir araya gətirərək bilik, təcrübə və strateji baxışların paylaşılması üçün unikal imkan yaradıb.
Sammit çərçivəsində PAŞA Kapital-ın sponsorluğu ilə “Fintech-Powered Capital Markets: The New Playbook” (Fintex ilə Dəstəklənən Kapital Bazarları: Yeni Oyunun Qaydaları) mövzusunda panel müzakirəsi baş tutub. Şirkətin İdarə Heyətinin Sədri Ceyhun Hacıyevin moderatorluğu ilə aparılan panel müzakirəsində ATP şirkətinin Baş Texnologiya İnzibatçısı İlyas Daşkaya, ALPACA şirkətinin Məhsul üzrə Direktoru Hakan Bayraksan və Blacktower Street Advisors GMBH şirkətinin İdarə Heyətinin üzvü Fəqan Nağıyev spiker kimi iştirak edib.
Rəqəmsal texnologiyaların və fintex həllərinin kapital bazarlarının inkişafında strateji transformasiya imkanları haqqında ətraflı müzakirələr aparılan paneldə, əsasən aşağıdakı mühüm mövzulara dair spikerlərin fikirləri auditoriyaya çatdırılıb:
- Kapital bazarlarını və investor davranışını formalaşdıran əsas tendensiyalar;
- Rəqəmsal transformasiya və fintex innovasiyalarının bazara təsiri;
- Kapital bazarlarının rəqəmsallaşdırılması və süni intellekt həllərinin tətbiqi;
- Dayanıqlı maliyyələşdirmə modellərinin genişləndirilməsi;
- Gələcək infrastruktur və bazara çıxış strategiyalarını müəyyən edən amillər.
PAŞA Kapital-ın sammitdə iştirakı yalnız kapital bazarlarının inkişafına dəstək rolunda deyil, həm də strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin ölkəyə transferi və investisiya ekosistemində yeni əməkdaşlıqların qurulması baxımından xüsusi əhəmiyyət daşıyıb.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.