“Cokey Systems Co., Ltd.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, filial Azərbaycanda 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Nizami Nəsirovdur.
Cokey Systems Co., Ltd. Yaponiya şirkətidir və müxtəlif ölkələrdə (o cümlədən Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan) qarışıqlıg fəaliyyətlər həyata keçirir.