İsrail və HƏMAS-ın oktyabrın 5-də Misirin Şarm əl-Şeyx şəhərində danışıqlar aparacağı gözlənilir.
Hazırda iclasa fəal hazırlıq gedir.
Mənbələrin məlumatına görə, danışıqlar tərəflərin yüksək səviyyəli nümayəndələri arasında aparılacaq. İsrail nümayəndə heyətinə strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.
ABŞ tərəfindən danışıqlarda prezidentin Yaxın Şərq üzrə müşaviri Stiv Uitkoff, o cümlədən iş adamı və ABŞ prezidentinin keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak edəcəyi gözlənilir.
Bundan əlavə, İsrailin qoşunlarının Qəzza zolağından çıxarılması ilə eyni vaxtda 2023-cü ilin oktyabrında müharibə başlayandan bəri ömürlük həbs edilmiş 250 məhbusu və 1 700-dən çox fələstinli məhbusu azad edəcəyi gözlənilir.