19 C
Baku
Monday, October 6, 2025

Bitcoin bahalaşaraq yeni tarixi zirvə – $125 000-i keçib

ABŞ hökumətinin şatdaun vəziyyəti fonunda təhlükəsiz aktivlərə tələbatın artması ilə paralel riskli aktiv sayılan bazar günü Bitcoin avqustun ortalarından bəri ilk dəfə rekord yeniləyib.

Banker.az xəbər verir ki, ən böyük kriptoaktiv $125 689 səviyyəsinə yüksəlib və bazar ertəsi səhəri təxminən $124 000 civarında idi.

Treyderlər Bitcoin üçün $135,000 müqavimət səviyyəsini gözləyirlər, əgər cari impuls qorunsa, qiymətin $150 000-a qədər arta biləcəyi ehtimal edilir. İkinci ən populyar Ethereum $4 522 civarında, XRP isə bir qədər $3-dən aşağı qalır.

BTC Markets -dən olan Reçel Lukas bildirib ki, opsion bazarı hələ də yüksəliş meyilli qalır, lakin levericin (kredit əmsalının) artması volatilliyin riskini yüksəldir.

u43

Foto: PAŞA Kapital İ.Ş. (günlük qrafik)

Son xəbərlər
Digər xəbərlər