18 C
Baku
Monday, October 6, 2025

Qızılın qiyməti bir unsiya üçün 4000 dollara yaxınlaşıb

“Comex” əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti tarixdə ilk dəfə olaraq unsiya üçün 3960 dollara qədər yüksəlib. Bu barədə ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 14:55-ə olan məlumata görə, qiymətli metalın dəyəri 1,55% artaraq 3969,4 dollar olub.

Sentyabrın 30-da “Comex”də qızıl fyuçerslərinin qiyməti rekord səviyyədə – 3910 dollara çatmışdı. Sentyabrın 29-da isə bu göstərici 3840 dolları ötüb.

“Financial Times”ın sorğu keçirdiyi analitiklər və bazar iştirakçıları qeyd ediblər ki, qiymətin artmasının əsas səbəbi Qərb investorlarının qızıl ehtiyatları ilə təmin olunan birja fondlarına (ETF-lərə) investisiya yatırmasıdır. Bundan əlavə, qızıl ABŞ-nin siyasi sistemindəki müəyyən­sizliyə qarşı qorunma vasitəsi kimi nəzərdən keçirilir.

Son xəbərlər
Digər xəbərlər