Almaniya Azərbaycana yeni səfir təyin edib

Almaniya Azərbaycana yeni səfir təyin edib.

Bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub.

Məlumata görə, Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasına başlayacaq.

Qeyd edək ki, Almaniyanın Azərbaycandakı əvvəlki səfiri Ralf Horlemann diplomatik fəaliyyət müddətini başa vurub.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər